“İran bu münaqişəyə öncədən ciddi şəkildə hazırlaşıb” Ceyhun Məmmədov

“İran bu münaqişəyə öncədən ciddi şəkildə hazırlaşıb” Ceyhun Məmmədov
11:40

“İran bu münaqişəyə öncədən ciddi şəkildə hazırlaşıb”

İran və İsrail arasında baş verən gərginliklə bağlı News365.az-a  fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hər iki tərəf münaqişəyə əvvəlcədən hazırlıq görüb.

“İsrail də, İran da bu münaqişəyə öncədən hazırlaşıb. İran güclü bir dövlətdir, dərin dövlətçilik ənənələrinə, sistemli quruluşa malikdir. Bu günə qədər heç bir razılaşmaya getməyibsə, baş verən dağıntılardan sonra da danışıqlara açıq olacağı ehtimalı, məncə, azdır”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, İranın həm yerin üstündə, həm də yerin altında kifayət qədər texnikası, avadanlığı və istehsal müəssisələri mövcuddur:

“Bu obyektlərdə proseslər davam edir. Digər region dövlətləri ilə əlaqələr və müxtəlif proksi qüvvələrlə təmaslar da İranın əlində olan rıçaqlardandır. Mənim müşahidəmə görə, İran hələ də əlində olan bütün imkanlardan istifadə edir”.

Deputat əlavə edib ki, bu vəziyyət hərbi və iqtisadi baxımdan bölgədə ciddi təsirlərə səbəb olub: “İranın hərbi gücü və təsir imkanları hələ də qalmaqdadır. Mövcud sistem çox güclü dövlət quruculuğu strukturuna əsaslanır. Görünən odur ki, İran bu vəziyyəti bir müddət də davam etdirəcək”.

Ceyhun Məmmədov həmçinin vurğulayıb ki, son günlər açıqlanan rəqəmlər münaqişənin region ölkələrinin iqtisadiyyatına da təsirsiz ötüşmədiyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada