Rusiya-Ukrayna münaqişəsində vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir zamanda, Rusiya mövcud mövqeyindən geri çəkilmək niyyətində deyil və gələcəkdə daha sərt tələblərlə çıxış edə bilər.
Bu barədə hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya indiki mərhələdə qoyduğu şərtlərdə israrlıdır və bu mövqedən dönmək niyyətində görünmür:
“Rusiya hazırda öz şərtlərini ortaya qoyur və biz də bu şərtləri bilirik. Memorandumla bağlı da məlumatımız var. Mən hesab edirəm ki, Moskvanın bu günkü mövqeyi onun şərtlərinin Ukrayna tərəfindən qəbul edilməsini tələb edir. Rusiya geri çəkilmir və mövqeyində daha da möhkəmlənir. Əgər bu proses belə davam edərsə, gələcəkdə bu şərtlərin daha da sərtləşəcəyini görə bilərik”, – deyə ekspert vurğulayıb.
Ramaldanov əlavə edib ki, Rusiya cəbhə xəttində irəliləyir və işğal etdiyi əraziləri genişləndirir:
“Belə olan halda, bu münaqişənin əsas qurbanı yenə də Ukrayna və onun xalqıdır. Orada qəhrəmanlıqla döyüşən əsgərlər var. Əgər cəbhədə vəziyyət dəyişməzsə və Rusiya qarşısında ciddi maneələr çıxmazsa, gələcəkdə daha sərt şərtlərlə qarşılaşacağımız istisna deyil.”
Ekspertin fikrincə, mövcud şəraitdə Rusiyaya qarşı yönəlmiş plan və məqsədlər ciddi əngəllərlə üzləşməzsə, Moskva öz tələblərini daha aqressiv şəkildə irəli sürə bilər