İran-ABŞ danışıqlarının növbəti raundu İtaliyanın paytaxtı Romada keçiriləcək.
News365.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclası çərçivəsində İranın xarici işlər naziri Abbas Arakçi deyib.
O, həmçinin bildirib ki, İran bu cümə günü üç Avropa ölkəsi (İngiltərə, Fransa və Almaniya) ilə ayrıca görüş keçirəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossinin “danışıqlar bizim nəzarətimiz altında aparılmalıdır” açıqlamasına cavab verən Arakçi bu ifadəninn doğru olmadığını bildirib.
"Yoxlama işi Agentliyin üzərinə düşə bilər, lakin bu rol müzakirə oluna bilər".
İranın uranın zənginləşdirilməsi ilə bağlı “qırmızı xətlər”inin çox açıq olduğunu vurğulayan Arakçi, bu xətlərin ABŞ tərəfinə də çatdırıldığını bildirib.
Danışıqlara ev sahibliyi edən ölkənin Oman olduğunu xatırladan Arakçi, logistik səbəblərə görə danışıqların Romada keçirilməsinə qərar verildiyini, lakin danışıqların yeri məsələsinin İran üçün fundamental bir məsələ olmadığını və bununla bağlı vaxt itirməyə ehtiyac görmədiklərini bildirib.
Danışıqlar üçün müəyyən bir vaxt cədvəlinin olmadığını bdeyən Arakçi, "uzun və nəticəsiz danışıqlara girmək istəmirik, qarşı tərəfin də bu məsələdə eyni yanaşmaya sahib olduğuna inanırıq" deyib.