İpoteka kreditində köhnə binalar niyə girov qəbul edilmir? - İqtisadçı AÇIQLADI

İpoteka kreditində köhnə binalar niyə girov qəbul edilmir? - İqtisadçı AÇIQLADI
13:14

Banklar nəyə görə köhnə binalardakı evləri ipoteka subyekti götürmək istəmir?

İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib ki, girov götürülən obyektin dəyəri olmalıdır.

“Girov götürməyin əsas səbəbi odur ki, borc qaytarılmadıqda girovu satıb borcu ödəmək mümkün olsun. Köhnə binaların bank qiymətində satılması çətin olduğundan və həddindən artıq ucuz qiymətə çıxacağı üçün onlar girov kimi qəbul edilmir.

Bundan əlavə, bankların öz daxili qaydaları var – hansı obyektləri girov kimi götürəcəklərini özləri müəyyən edirlər. Məsələn, ipoteka krediti 1970-ci ildən əvvəl tikilmiş binalara verilmir. Bu, ipoteka qanununda nəzərdə tutulub. Digər məsələlər isə bankların risk qiymətləndirməsindən asılıdır; riskli hesab etdikləri girovların təminatını qəbul etmirlər”, – deyə X.Kərimli vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada