"İnternatın vurulması Kiyevin dəhşətli təxribatıdır" - Peskov

"İnternatın vurulması Kiyevin dəhşətli təxribatıdır" - Peskov
03 Fev 2025 15:10

"Ukrayna Silahlı Qüvvələrinin Sudjadakı internat məktəbinə endirdiyi raket zərbəsi Kiyev rejiminin dəhşətli təxribatıdır".

Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Yəqin ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatlarını oxumusunuz. Biz buna nələrisə əlavə edə bilmərik. Bu, Kiyev rejiminin dəhşətli təxribatıdır", Kreml rəsmisi jurnalistlərə deyib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Sudja şəhərindəki internat məktəbinə hədəfli raket zərbəsi endirməklə hərbi cinayət törətməsi barədə bəyanat yaymışdı. Qeyd edilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Sumı vilayətindən Sudjaya raket buraxılışını qeydə alıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada