"Bonobo"lar nəsli kəsilməkdə olan 2 Pan cinsi meymun növündən biridir. Onlar bizə ən yaxın primatlardır və mənalı səs kombinasiyaları yarada bilirlər. Bu kombinasiyalar insanların sözləri birləşdirməsinə, cümlələrə bənzəyir.
News365.az xəbər verir ki, İsveçrənin Sürix Universiteti və Harvard Universiteti tərəfindən Konqoda aparılan araşdırmanın nəticəsinə görə, bonobolar sadəcə səs çıxarmır, həm də mənaları birləşdirərək bir fikir formalaşdıra bilirlər. Tədqiqatçılar bonoboların istifadə etdiyi bütün səslərinin mənalarını müəyyənləşdirərək lüğət hazırlayıblar.
Bonoboların bəzi səs birləşmələri insanların nitqindəki mürəkkəb quruluşlara çox bənzəyir. Bu da göstərir ki, dil yaratmaq qabiliyyəti təkcə insana məxsus hal deyil.
İnsan və bonoboların ortaq əcdadı 7–13 milyon il əvvəl yaşayıb. Bu tapıntı dilin düşündüyümüzdən daha qədim köklərə sahib olduğunu göstərir.