Erməni Milli Konqresinin rəhbəri Edmon Marukyan diqqət çəkən açıqlamalar verib. O Facebookda canlı yayım açan zaman deyib: “İki gün əvvəl Fransadan mənə zəng gəlmişdi. Dedilər ki, bizdə olan məlumata görə, Nikol Paşinyan keçmiş ölkə liderlərinə zəng edərək onları hədələyib. Baş nazir “nə badə impiçment proseduruna siz də imza atasınız... Əks təqdirdə hamınızı həbs edəcəyəm” deyib. Amma mən buna inanmadığımı söylədim”.
Marukyan impiçment prosesi zamanı baş nazir postuna namizədliyinin irəli sürüləcəyi barədə danışarkən qeyd edib ki, müxalifət fraksiyaları öz imzalarını atacaq və proses başlayacaq.
"İndi Fransadan zəng edənə inanmalıyam, ya yox? Niyə buna qol qoyulmadı? Onlar hakimiyyətin dəyişməsindən qorxurlar? Bəlkə də bu adamlar indiki hakimiyyətlə əlbirdirlər. Mən Ermənistan Respublikasının bütün kapitulyasiya addımları və güzəştləri Serj Sarkisyan ilə Robert Köçəryanın göstərişi ilə baş verdiyinid emişdim axı...",- Marukyan deyib.
Tural