İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Silivridəki Marmara həbsxanasında ilk iftarını açıb.
News365.az xəbər verir ki, haqqında çıxarılan həbs qərarından sonra Silivri həbsxanasına aparılan İmamoğlu, oruclu olduğu üçün ilk iftarını burada edib. Onun axşam yeməyi menyusunda mərcimək şorbası, sobada souslu toyuq dönəri və əriştəli bulqur plovu yer alıb. İçki olaraq isə ayran verilib.
Bu axşam isə İmamoğlunun iftar menyusunda ət haşlama, əriştəli düyü plovu, kaşar pendiri, xurma, quru ərik, revanı şirniyyatı və ayran olacaq.