Əkrəm İmamoğluna qarşı istintaq dərinləşir - Daha 10 nəfər saxlanıldı

Əkrəm İmamoğluna qarşı istintaq dərinləşir - Daha 10 nəfər saxlanıldı
09 İyl 2025 14:56

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həbs olunan Əkrəm İmamoğluna qarşı aparılan korrupsiya istintaqı davam edir.

News365.az “Milliyet”ə istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində daha 10 nəfər saxlanılıb. Onların arasında İBB-də çalışan bəzi vəzifəli şəxslərin sürücüləri, mühasiblər və iş adamları da var.

Xatırladaq ki, Əkrəm İmamoğlu barəsində “cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək”, “təşkilata üzvlük”, “qəsb”, “rüşvət alma və dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” kimi bir sıra ağır ittihamlar irəli sürülüb. Hazırda onunla bağlı istintaq prosesi davam edir


Sizin reklam burada
Sizin reklam burada