İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu
16 Okt 2025 14:40

Fransa parlamenti Sebastyan Lekornyunun hökumətinə qarşı etimadsızlıq qətnaməsini rədd edib.

News365.az xəbər verir ki, bu barədə "France 24" televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, "Əyilməz Fransa" tərəfindən təqdim edilmiş hökumətə etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsi müzakirə edilib.

Qətnamənin qəbul edilməsi üçün 289 səs tələb olunur, lakin layihəni 271 deputat dəstəkləyib.


Sizin reklam burada
Sizin reklam burada