"İlham Əliyev Azərbaycanın nüfuzunu artırır” - Aydın Hüseynov

"İlham Əliyev Azərbaycanın nüfuzunu artırır” - Aydın Hüseynov
13:39

"Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanın regional və qlobal nüfuzunu artırıb".

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxili inkişafını sürətləndirir, həm də dünya siyasətində önəmli rol oynayır.

Deputatın sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbə ölkənin regiondakı mövqeyini gücləndirib:

“Prezident İlham Əliyev bu qələbə vasitəsilə regiona stabilik gətirdi. Eyni zamanda Azərbaycan, həyata keçirdiyi iri layihələr və geniş logistik imkanları ilə həm dünya, həm də region üçün böyük əhəmiyyət kəsb edir,” – deyə Aydın Hüseynov vurğulayıb.

Deputat əlavə edib ki, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin dünyada nüfuzunu daha da artırır və Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirir.


Sizin reklam burada
Sizin reklam burada