Ermənistanda daha 2 keşiş tutuldu - SAYI 8 OLDU

Ermənistanda daha 2 keşiş tutuldu - SAYI 8 OLDU
15:40

Ermənistanın İstintaq Komitəsi daha iki din xadimini saxlayıb. Beləliklə, saxlanılan keşişlərin ümumi sayı səkkizə çatıb. 

 News365.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. 

Din xadimlərinin saxlanılmasına bu gün səhər saatlarından başlanılıb. Onların hansı ittihamlarla üzləşdiyi hələ məlum deyil.   

Əvvəlcə Baş nazir Nikol Paşinyan kilsəyə qarşı hücumlarını kəskinləşdirib, sosial şəbəkələrdə təhqiramiz paylaşımlar edib və katolikos seçkilərini dövlətə tabe etmək təklifini irəli sürüb. 

 Bunun ardınca, Ermənistanda bir sıra yüksək rütbəli din xadimləri saxlanılıb, o cümlədən arxiyepiskoplar Bağrat Qalstanyan və Mikael Acapahyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan. Onlar hakimiyyəti devirməyə cəhd etməkdə ittiham olunurlar.


Sizin reklam burada
Sizin reklam burada