İki avtobus toqquşdu: 37 nəfər ölüb

İki avtobus toqquşdu: 37 nəfər ölüb
01 Mar 2025 23:43

Boliviyanın cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 37 nəfər ölüb.

Bu barədə yerli "El Pais" qəzeti polisə istinadən məlumat yayıb.

Uyuni şəhərinin sərhəd polisinin komandiri Uilson Flores bildirib ki, 30-a yaxın yaralı var, onların sağlamlıq durumu hələlik məlum deyil.

"El País"in məlumatına görə, avtobuslardan biri Uyunidən məşhur karnavalın keçirildiyi Oruro şəhərinə gedirmiş.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.


Sizin reklam burada
Sizin reklam burada