II Qareginin qardaşı oğlu HƏBS EDİLDİ

II Qareginin qardaşı oğlu HƏBS EDİLDİ
14:05

Ermənistan məhkəməsi Areqatsotn Yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib, Həmçinin, onun yaxın ailə üzvləri ilə görüşləri məhdudlaşdırılıb.

News365.az xəbər verir ki, bu barədə din xadiminin vəkili Yerem Sarkisyan məlumat verib.

Mkrtıç Proşyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğludur.

Ermənistanın istintaq komitəsi Proşyanı əvvəlki gün həbs edib. Onun əleyhinə yığıncaqlarda iştirak və səsvermənin nəticələrinə təsir göstərmək cəhdi ilə cinayət işi açılıb. Onunla birlikdə Araqatsotn Yeparxiyasının beş din xadimi də saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada