II Qareginin dünən saxlanılan qardaşı və qardaşı oğlu DİNDİRİLDİ

II Qareginin dünən saxlanılan qardaşı və qardaşı oğlu DİNDİRİLDİ
11:23

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu – Gevorq Nersisyan və Ambarstum Nersisyan ifadə veriblər. 

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri vəkilə istinadla məlumat yayıb.

“Gevorq Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə veriblər, ifadənin videogörüntüsü istintaqçıya təqdim olunub. Biz qərarı gözləyirik. 12 saat ərzində ya onların barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilməli, ya da azad olunmalıdırlar”, – deyə vəkil Ara Zohrabyan sosial şəbəkədə yazıb.

Xatırladaq ki, bir gün əvvəl Gevorq Nersisyan və onun oğlu Ambarstum Nersisyan xuliqanlıqda və təbliğat kampaniyasının aparılmasına mane olmaqda ittiham olunaraq saxlanılmışdılar.


Sizin reklam burada
Sizin reklam burada