İdmançımız ermənini məğlub edərək Avropa çempionu oldu

İdmançımız ermənini məğlub edərək Avropa çempionu oldu
14 İyn 2025 23:00

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı sona yaxınlaşır.


News365.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.


Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub.


Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimalhesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabıyla məğlub olub.


Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.


Beləliklə, Azərbaycan millisi yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.


Sizin reklam burada
Sizin reklam burada