Bu şəxslərə verilən dərmanlarla bağlı dəyişiklik edilib

Bu şəxslərə verilən dərmanlarla bağlı dəyişiklik edilib
30 İyl 2025 21:15

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

News365.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.


Sizin reklam burada
Sizin reklam burada