15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib
30 İyl 2025 21:45

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sadiq olduqlarını vurğulayaraq, Fələstin Dövlətini hələ də tanımayan və ya müsbət rəy bildirmiş dövlətləri buna çağırıb.

News365.az xəbər verir ki, Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsi ilə bağlı “Nyu-York çağırışı” adlı birgə bəyanat yayıblar.

Fələstin Dövlətinin tanınmasını iki dövlətli həllin həyata keçirilməsində fundamental addım kimi qiymətləndirən ölkələrin birgə bəyanatında bunlar qeyd olunub:

“İki dövlətli həll yolunda fundamental addım olaraq, Fələstin Dövlətini artıq tanımış və ya onu tanımağa hazır olduqlarını və ya müsbət qiymətləndirdiklərini bildirmiş ölkələr, hələ bu addımı atmamış bütün dövlətləri bu çağırışa qoşulmağa dəvət edirlər”.


Sizin reklam burada
Sizin reklam burada