Elçin Məsiyev UEFA-dan təyinat aldı

Elçin Məsiyev UEFA-dan təyinat aldı
30 İyl 2025 14:25

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

News365.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada