Husilər Təl-Əvivdəki Ben Qurion hava limanına və İsrailin şərqində yerləşən Sdot Mixa hərbi bazasına hücum edib.
News365.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
"Sdot Mixa bazasına "Fələstin-2" hipersəs raketi ilə hücum edilib, eyni zamanda ballistik raketlə İsrailə qarşı hərbi əməliyyat keçirilib. Husilər həmçinin "Zülfüqar" raketi ilə Ben Qurion hava limanına hücum edib və İsrailin cənub-qərbindəki Aşkelon şəhəri yaxınlığındakı vacib hədəfə pilotsuz təyyarə ilə zərbə endirib. Hər iki əməliyyat məqsədlərinə nail olub”,- o bildirib.
Səriya qeyd edib ki, hücum nəticəsində Ben Qurion hava limanı təxminən bir saat fəaliyyətini dayandırıb.