Bakıdan Balakənə dəmir yolu xətti çəkilib.
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, Nəqliyyat vasitələrinin texniki parametrlərin bu və digər formada yenilənməsi və nəqliyyt vasitələri arasında rentabilliyin yaranması, sağlam rəqabət mühitinin yaradılması, bölgələrin iqtisadi inkişafının düzgün aparılması, ölkənin bərabər səviyyədə inkişafına təzahür, xüsusilə qış turizminin inkişafı, daha sonra yaz-yay turizminin inkişafı,paytaxtla əlaqələrin möhkəmlənməsi, komfortların təşkil edilməsi daha da perspektivlidir. Xüsusilə şimal-qərb bölgəsinin inkişafına təkan verəcək:
"Ümumiyyətlə bölgələrə qatarlarla səfərlərin təşkil edilməsi və onlardan istifadə vətəndaşlarımızın çoxdan gözlədiyi hadisədir. Pandemiyadan sonra mübarizə başladı. Bu mübarizə fəsadlara gətirib çıxardı.Hələ də onun fəsadları ilə mübarizə aparmağa davam edirik. Nəqliyyat vasitələrinin texniki parametrlərin bu və digər formada yenilənməsi və nəqliyyt vasitələri arasında rentabilliyin yaranması, sağlam rəqabət mühitinin yaradılması, bölgələrin iqtisadi inkişafının düzgün aparılması, ölkənin bərabər səviyyədə inkişafına təzahür, xüsusilə qış turizminin inkişafı, daha sonra yaz-yay turizminin inkişafı,paytaxtla əlaqələrin möhkəmlənməsi, komfortların təşkil edilməsi daha da perspektivlidir. Xüsusilə şimal-qərb bölgəsinin inkişafına təkan verəcək. Bu kimi addımların atılması infrastrukturdan asılıdır. İnfrastrukturun mükəmməlləşməsi dayaq məntəqələrinin qurulması bu və digər formada yüksək dəyərləndirilməlidir. Onu da əlavə edim ki, qiymətləndirilmənin necə olması müzakirə oluna bilər. Qiymət artımı sərnişinlərin rahatlığını və əlaçatanlığını təmin edən subyektdir. Gecə reysləri insanlarda nostalji təəssüratlar yaradır və vaxt itkisinin qarşısını alır. Gecə boyu yatır, dincəlir, səhər mənzil başına rahat çatır. Bu, daha bir doğru addımdır. Xüsusilə qəzaların qarşısını ala bilər. Avtobuslarda sərnişindaşıma var. Bu daha təhlükəsiz mühiti yarada bilər.İnsanların seçimi daha cox olacaq. Yaxın gələcəkdə işğaldan azad olunmuş torpaqlarımıza yeni reyslərin bərpası və xüsusilə ölkənin perspektivli digər bölgələrinə səfərlərin təşkil olunmasını gözləyirik".