Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib
25 Yan 2025 16:18

 Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları 153 hərbi əsiri birtərəfli qaydada azad edib.

News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında bildirilib.

"Bu gün Sanada münaqişə ilə əlaqədar 153 məhbus azad edilib. Məhbuslar üzrə Milli Komitənin (husilərin nəzarətində olan dövlət orqanı) bu birtərəfli təşəbbüsü BQXK qrupunun dəstəyi ilə həyata keçirilib", - bəyanatda qeyd edilib.

Bu hərbi əsirlər hökumət qüvvələrinin tərəfində üsyançılara qarşı hərbi əməliyyatlarda iştirak ediblər.


Sizin reklam burada
Sizin reklam burada