Ukrayna ordusunun qarşısı alındı - Rusiya MN

Ukrayna ordusunun qarşısı alındı - Rusiya MN
06 Fev 2025 23:59

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əks-hücum cəhdinin qarşısı alınıb.


News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Kursk vilayətinin Çerkasskaya Konopelka və Ulanok yaşayış məntəqələri istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətləri cəhdinin qarşısını alıb. Bütün hücumlar dəf edilir.


Ukraynanın gün ərzində 8 dəfə hücuma keçdiyi vurğulanıb.


Qeyd edək ki, daha öncə Ukrayna Silahlı Qüvvələrinin “boz” zonada olan kiçik Çerkasskaya Konopelka kəndini nəzarətə götürdüyü xəbəri yayılıb.


Sizin reklam burada
Sizin reklam burada