Hindistanda gəmi partlayışı: Həlak olanlar var

Hindistanda gəmi partlayışı: Həlak olanlar var
09 İyn 2025 16:28

Hindistanın cənubundakı Kerala əyaləti sahillərində Sinqapur bayrağı altında üzən MV WAN HAI 503 konteyner gəmisində partlayış baş verin.

News365.az xəbər verir ki, gəminin göyərtəsində olan 5 dənizçi yaralanıb, 4 nəfər itkin düşüb.

Gəmi Kolombodan (Şri-Lanka) Mumbay limanına doğru gedirmiş və oraya iyunun 10-da çatmalı idi. Konteyner gəmisi Koçin limanından keçərkən göyərtəsində partlayış baş verib, daha sonra yanğın başlayıb.

Ümumilikdə gəmidə 22 ekipaj üzvü olub. Partlayışın səbəbi və konteyner gəmisinə dəyən zərərin həcmi hələlik dəqiqləşdirilməyib. Orada hansı yükün olduğu da hələlik məlum deyil. Hadisə yerinə Hindistan Sahil Mühafizəsi və Hindistan Hərbi Dəniz Qüvvələri göndərilib.


Sizin reklam burada
Sizin reklam burada