Hindistan Kəşmirlə bağlı beynəlxalq vasitəçiliyi rədd etdi

Hindistan Kəşmirlə bağlı beynəlxalq vasitəçiliyi rədd etdi
11:17

Kəşmir mübahisəsi Hindistan və Pakistan arasında ikitərəfli bir məsələdir, Yeni Dehli bu məsələdə hər hansı kənar vasitəçiliyi rədd edir. Bu barədə Hindistanın Sinqapurdakı ali komissarı Şilpak Ambule Bloomberg-ə müsahibəsində bildirib.


"Bizim üçün Kəşmir beynəlxalq məsələ deyil, ikitərəfli məsələdir. Bizim üçün "vasitəçilik" sözü Kəşmir məsələsində işləmir",- o. deyib.

Ambule həmçinin qeyd edib ki, atəşkəs Hindistan və Pakistan hərbçiləri arasında birbaşa danışıqlar nəticəsində əldə olunub.

Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.

Pakistan isə buna “Bunyan-un- Marsus" adlandırdığı əməliyyatla cavab verib. Bu termin Qurandan götürülüb və möhkəm, vahid quruluş deməkdir. Bütün bunlara səbəb 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açması oldu. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural



Sizin reklam burada
Sizin reklam burada