"Həyatımın səhvini etdim"

"Həyatımın səhvini etdim"
18 Fev 2025 10:18

Müğənni Xuraman Şuşalının başına iş gəlib.

News365.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, yanmış qazanın görüntülərini izləyiciləri ilə bölüşərək evdən çıxarkən qazı söndürməyi unutduğunu bildirib:

"Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər. Bəlkə 100 dəfə "Ayət əl-Kürsi" oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?".


Sizin reklam burada
Sizin reklam burada