Hərbi xidmətdən yenicə qayıdan gənci avtomobil vurdu – vəziyyəti ağırdır

Hərbi xidmətdən yenicə qayıdan gənci avtomobil vurdu – vəziyyəti ağırdır
08 Apr 2025 17:41

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar–Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

News365.az-ın məlumatına görə, rayonun Bəydili kənd sakini, Tofiq Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olarkən qəfil qarşısına çıxan inəyə dəyib-dəyməmək üçün manevr edib və bu zaman yolun kənarı ilə telefonla danışaraq hərəkət edən 20 yaşlı Rəşad Rauf oğlu Əkbərovu vurub.

Hadisə nəticəsində ağır xəsarətlər alan Rəşad Əkbərov dərhal sürücünün özü tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, gənc kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Ramiz Məhərrəmov hadisə ilə bağlı bildirib:

“Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər kişi cinsli şəxs xəstəxanaya gətirilib. Ona kəllədaxili travma diaqnozu qoyulub və hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir.”

Hadisə şahidi, kənd sakini Nəsir Əliyev in sözlərinə görə, güclə maşına qoyub,  xəstəxanaya apardılar: 

“Fakt göz qabağındadır. Uşağı burda maşın vurdu. Yerə yıxıldı, qan axırdı. Güclə qoydular maşına, göndərdilər xəstəxanaya. Təvəkkül Allaha, indi ordadır, biri deyir yaxşıdır, biri deyir bilmirik necə olacaq. Burada tez-tez belə hadisələr olur. Maşınlar gözləmirlər.”

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır. Qəza ilə bağlı müvafiq hüquqi prosedurlar davam etdirilir.

News365.az, Vəfa Vəliyeva


Sizin reklam burada
Sizin reklam burada