HƏMAS silahı təhvil verməsə, cəhənnəm başlayacaq - Netanyahu

HƏMAS silahı təhvil verməsə, cəhənnəm başlayacaq - Netanyahu
11:44

İsrailin baş naziri Benyamin Netanyahu Trampın sülh planının dinc yolla həyata keçirilməsinin davam edəcəyinə ümid etdiyini bildirib. 

News365.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.  Netanyahu vurğulayıb ki, HƏMAS silahı təhvil verməli və Qəzza demilitarizasiya olunmalıdır, əks halda “cəhənnəm başlayacaq”.   

“Əvvəla, HƏMAS silahı yerə qoymalıdır. İkincisi, Qəzzada silah zavodlarının olmamasına əmin olmaq lazımdır. Qəzzaya silah qaçaqmalçılığına da son qoyulmalıdır. Bu, demilitarizasiya deməkdir,” – deyə baş nazir izah edib.   

Bu açıqlama, ABŞ prezidenti Donald Trampın “əgər HƏMAS silahsızlanmasa, ABŞ bunu özü edəcək” sözlərini dəstəkləmək məqsədilə səsləndirilib.


Sizin reklam burada
Sizin reklam burada