HƏMAS-ın mətbuat katibi öldürülüb? - FOTO

HƏMAS-ın mətbuat katibi öldürülüb? - FOTO
31 Avq 2025 13:13

HƏMAS-ın hərbi qanadının mətbuat katibi Abu Übeyda dünən Qəza şəhərinin qərb hissəsində İsrail hücumu nəticəsində həlak olub.

Bu barədə Al Arabiya telekanalı Fələstin mənbələrinə istinadla məlumat yayıb.

Dünən İsrail Müdafiə Qüvvələri (ÇAXAL) və ŞABAK Abu Übeydani məhv etməyə çalışdıqlarını bildirmişdilər.

Hazırda ÇAXAL Abu Übeydanın məhv edilməsi ilə bağlı rəsmi bəyanat yaymayıb. HƏMAS isə onun ölümünü təsdiqləmir.



Sizin reklam burada
Sizin reklam burada