Rusiyada həkimlər nadir əməliyyatlardan birini uğurla həyata keçiriblər. Belə ki, Rostovdan olan iki yaşlı qız uşağının oynayan zaman ağır yaralanıb. O, özündən böyük uşaqla oynayan zaman həmin uşaq təsadüfən balacanın barmağını qayçı ilə ağır zədələyib. Bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, iki yaşlı qız sağ əlinin barmağının falanksının travmatik amputasiyası ilə xəstəxanaya aparılıb.
"Məlum olub ki, zədə ona oyun zamanı təsadüfən böyük uşaq tərəfindən vurulub. Cərrahi müdaxiləyə qərar verildi, əməliyyat beş saat davam etdi. Həkimlər toxumaların bütövlüyünü bərpa edib, seqmenti metal konstruksiya ilə bərkidiblər. Həkimlər yüksək konsentrasiya, təcrübə və komandanın koordinasiyalı işini tələb edən mikrocərrahi üsullardan istifadə ediblər", - Səhiyyə Nazirliyi qeyd edib.
Balaca xəstə bir müddət həkim nəzarətində qalıb və ambulator müalicə üçün evə buraxılıb. Daha sonra qız gips və bərkidici metal elementi çıxarmaq üçün yenidən xəstəxanaya yerləşdirilib.
Tural