Həkimlərdən daha bir qəhrəmanlıq

Həkimlərdən daha bir qəhrəmanlıq
12:23

Rusiyanın Speranski Şəhər Klinik Xəstəxanasının həkimləri iki maqnit udan iki yaşlı qızın həyatını xilas edə biliblər. Yad cisimlər bağırsağın perforasiyasına səbəb olub. Bu barədə Moskva xəbər agentliyi məlumat yayıb.


"Uşaq kəskin qarın ağrısı və qusma ilə xəstəxanaya aparılıb. Valideynlərin sözlərinə görə, qız iki dairəvi maqnit udub. Yad cisimlər bir-birinə yapışaraq, bağırsaqları və nazik bağırsağın bir hissəsini sıxıb. Maqnitlərin yerləşdiyi yerdə perforasiya sahələri olan yataq yarası əmələ gəlib, yəni iki "deşik" yaranıb. Əməliyyat zamanı maqnitlər onları bir-birindən ayırmaq üçün hərəkətə gətirilib. Sonra onlar bədəndən çıxarılıb, perforasiya sahələrinə tikişlər vurulub", - cərrahiyyə şöbəsinin müdiri İqor Xvorostov bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada