“Heç kimə qəhrəman etiketi vurmaq lazım deyil“- Vəfa Rəşidova

“Heç kimə qəhrəman etiketi vurmaq lazım deyil“-  Vəfa Rəşidova
17 Apr 2024 10:13

"Biz unuduruq ki, bizim atalarımız yəni travma verən atalarımız, və travma verən insan özü də sıradan, normal, hər kəs kimi bir insan idi".

Bunu News365.az-a psixoloq Vəfa Rəşidova deyib. 

 "Duşüncədə atanı bu qədər ilahiləşdirmək olmaz. Bəzi insanlar var ki, atası illərlə ona travma yaşadıb. Bunu bilərəkdən yaxud bilməyərəkdən edib bunu danışmırıq. Amma faktiki qız övladına travma yaşadıb. Qız övladı illər sonra "atam belə edirdi, atam, atam" ata mövzusunu buraxmır. Sən ata mövzusunu buraxmadıqca, travmaların da səndən yan keçməyəcək. Normalda insan atasına hörmət etməlidir, yanında olmalıdır"-deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər