“Hansı saatlarda yatmalıyıq ki, yuxu bizim üçün faydalı olsun“- Nevroloq açıqladı

“Hansı saatlarda yatmalıyıq ki, yuxu bizim üçün faydalı olsun“-  Nevroloq açıqladı
16 Apr 2024 11:07

"Qidalanmamız, tənəffüs etdiyimiz qədər yuxumuz da çox önəmlidir. Ümumiyyətlə yuxu həyatımızın üçdə birini təşkil edir". 

Nevroloq Jalə Qarayeva bunu news365.az-a açıqlamasında bildirib. 

"Yuxu zamanı orqanizmdən toksinlər atılır və yorulmuş sinir sistemi, yorulmuş bədən dincəlir. Yuxunun kəmiyyəti deyil, keyfiyyəti önəmlidir. Axşam 10-11 dən, saat 6-ya qədər tam qaranlıq otaqda yatmalıyıq. Bu saatlarda yatarkən beynimizdə epifiz tərəfindən melatonin hormonu sintez olunur. Bu da bizim normal yatmağımıza, gün içində konsantre olmağımıza, əsəblərinizi normal olmasına yardımçı olur. Ona görə də yuxunun keyfiyyəti çox önəmlidir. Qətiyyən gec yatıb, gec oynamayın. Gün içində gec yatıb, gec oyanan insanlarda müəyyən problemlər ortaya çıxır"- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər