HAMAS hərəkatı daha iki ölü girovun qalıqlarını bu gün İsrailə təhvil verəcək.
News365.az xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının “Telegram” kanalında dərc olunub.
“İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz bu gün axşam saat 22:00 radələrində daha iki israilli girovun cəsədini tibb əməkdaşlarına təhvil vermək qərarına gəldik”, - bəyanatda deyilir.
Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriləcək girovların adları açıqlanmayıb.