Hakimliyə namizədlər üçün yeni qayda: İş yeri və maaş saxlanılmayacaq

Hakimliyə namizədlər üçün yeni qayda: İş yeri və maaş saxlanılmayacaq
12:37

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara dair dəyişiklik edilir.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Təklif edilən dəyişikliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılmayacaq.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada