Hazırda məhkəməsi gedən erməniəsilli şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Hazırda məhkəməsi gedən erməniəsilli şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur
14 Yan 2026 20:40

Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər. 

News365.az xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdyi məlumata görə, belə ehtimal yoxdur.

" Bu ehtimallar illyuziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur", -deyə hakimiyyətdəki mənbə bildirib. 

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib: "Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar".


Sizin reklam burada
Sizin reklam burada