Real”ın futbolçusu Antonio Rüdiger bir neçə oyunluq cəzalandırıla bilər.
İspaniya kubokunun “Barselona” ilə ötən gecə keçirilən final matçında (2:3) o, hakimə hücum edib və referiyə kənar əşya atıb.
Matçın 111-ci dəqiqəsində əvəzlənən almaniyalı müdafiəçi epizodların birində görüşün baş hakiminə kəskin etiraz edib. Hakimin üzərinə getmək istəyən futbolçunu komanda yoldaşları sakitləşdirib.
Rüdiger həmçinin, ehtiyat oyunçular skamyasından hakimə buz torbası da atıb. Baş hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb. “Cadena Ser”in yaydığı məlumata görə, Rüdiger bu hərəkərlərinə görə, 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər.