Hakan Fidan: Rusiya yeni reallıqları qəbul etdi, Əhməd əl-Şaara isə radikal mövqe sərgiləmədi

Hakan Fidan: Rusiya yeni reallıqları qəbul etdi, Əhməd əl-Şaara isə radikal mövqe sərgiləmədi
18 Okt 2025 23:20

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb.

News365.az xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib:

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir. Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar. Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.


Sizin reklam burada
Sizin reklam burada