Haaqa məhkəməsi Şoyqu ilə Gerasimovun həbsinə order verdi

Haaqa məhkəməsi Şoyqu ilə Gerasimovun həbsinə order verdi
25 İyn 2024 15:37

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrinin hazırkı Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynanın işğalı zamanı hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunmasına order verib. News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Bununla bağlı yayılan məlumatda qeyd edilir ki, Şoyqu və Gerasimovun Ukraynada Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətlərə - mülki obyektlərə hücumlar, mülki şəxslərə və ya  obyektlərə həddindən artıq "təsadüfi" zərər vurulması kimi hallara, insanlığa qarşı qeyri-insani hərəkətlərə görə onların "fərdi cinayət məsuliyyəti daşıdıqlarına inanmaq üçün ağlabatan əsaslar var".

“İki şübhəlinin ən azı 10 oktyabr 2022-ci il tarixindən 9 mart 2023-cü il tarixinə qədər Rusiya hərbi qüvvələrinin Ukraynanın elektrik infrastrukturuna raket hücumlarına görə məsuliyyət daşıdığını düşünmək üçün ağlabatan əsaslar var. Bundan əlavə, Rusiya hərbi qüvvələri bu müddət ərzində Ukraynanın bir çox yerlərində çoxsaylı elektrik stansiyalarına və yarımstansiyalara xeyli sayda hücumlar həyata keçiriblər”, - hesabatda deyilir.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər