Gümrünün meri həbs edildi

Gümrünün meri həbs edildi
11:06

Gümrünün meri Vardan Qukasyan həbs edilib.

News365.az xəbər verir ki, bu barəəd “ABC Media” merin köməkçisinə istinadən məlumat yayıb.

Qukasyanın köməkçisinin bildirdiyinə görə, bələdiyyə binasına 60-70 nəfər daxil olub, meri saxlayıblar. Onun sözlərinə görə, meriyada hazırda Ermənistan polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları var.

Daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları ilə cinayət işi açılmışdı.


Sizin reklam burada
Sizin reklam burada