Gümrüdə namaz qıldı, erməni cəmiyyəti təşfişə düşdü - VİDEO

Gümrüdə namaz qıldı, erməni cəmiyyəti təşfişə düşdü  - VİDEO
18 Apr 2024 09:31

Ermənistanda ksenofobiya və irqi ayrı-seçkiliklə yanaşı dini dözümsüzlük də yüksək səviyyəyə qalxıb. Dünən sosial şəbəkələrin erməni seqmentində müsəlman birinin şəhərdə namaz qılmasına dair video yayılıb. Yerli media əsasən siyasətçilərin bu  hadisəyə fikirlərini dərc edib.

Məsələn, "Mamul" nəşri yazıb ki, siyasi fəal Samvel Mxitaryanın çəkdiyi kadrdakı şəxs guya türkdür. 

“Onlar bu gün (Dünən-red.)Gümrünün mərkəzi küçəsində namaz qılırlar. Əgər indi bu hökumətin çirkab dolu fəaliyyətini dayandırıb əməllərini təmizləməsək, sabah mərkəzi meydanlarımızda türk nəfəsini hiss edəcəyik”, - məqalədə yazılıb.

Qeyd edək ki, Ermənistanda nəinki islamofobiya və türkə nifrət təfəkkürü ilə yanaşı antisemitizm də tüğyan edir. İkinci Qarabağ Müharibəsindən sonra, bu ölkədə Holokost abidəsi və digər yəhudi heykəllərinə hücumlar olub.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər