COVİD-19 vaksinləri tromb yaradır? - ŞOK İDDİA

COVİD-19 vaksinləri tromb yaradır? -  ŞOK İDDİA
01 May 2024 08:59

Qlobal biofarmasevtik şirkəti "AstraZeneca" ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər.

News365.az xəbər verir ki, bu barədə “Telegraph” məhkəmə sənədlərinə istinadən yazır.

Nəşrin izah etdiyi kimi, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

"Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil".

Bu sətirlər fevralda şirkətin məhkəməyə təqdim etdiyi sənəddən götürülüb. Nəşrin məlumatına görə, Londonun Ali Məhkəməsində məsələ ilə bağlı 51 iddia qaldırılıb. Zərərçəkmişlər və onların yaxınları dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Mövzu ilə bağlı fikirlərini  News365.az bölüşən həkim Valeh Qasımov bildirib ki, burada təəccüblü heç nə yoxdur:

“Pandemiyanın başladığı ilk dövrlərdən vaksin üçün istifadə edilən dərmanların ziyanı barədə çox danışlıb, çox deyilib. Bu da həmin faktlardan biridir. Həqiqətən də bəzi vaksinlər insan orqanizmində əks-reaksiyalar törədir. “AstraZeneca”sa trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur”.

 İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər