Polşa Rusiya ilə sərhədə hərbi texnikalar və canlı qüvvə toplayır

Polşa Rusiya ilə sərhədə hərbi texnikalar və canlı qüvvə toplayır
01 May 2024 08:59

Polşa hakimiyyəti xeyli sayda hərbi texnika və şəxsi heyəti ölkənin şimalına - Kalininqrad vilayəti ilə həmsərhəd əraziyə köçürəcək. News365.az Rusiya mediasına istinadən xəbər verir ki, səlahiyyətlilər bu genişmiqyaslı hərbi tədbirin Varşavada keçiriləcək NATO-nun “Steadfast Defender 2024” təlimi ilə əlaqələndirirlər.

Sakinlərdən ehtiyatlı olmaq və texnikaların hərəkətinə maneçiliklər törətməmək xahiş olunub.

“Xüsusilə mayın 4-dən 6-a qədər olan müddətdə yollarda çoxsaylı hərbi kolonlarla rastlaşa bilərsiniz”, – Polşa ordusunun mətbuata üçün yaydığı bəyanatda qeyd edilib.

Xatırladaq ki, “Steadfast Defender 2024” adlı genişmiqyaslı təlimlər bu ilin fevralında başlayıb və may ayında başa çatacaq.

Bir neçə ay davam edən təlimlərdə NATO müttəfiqlərindən və İsveçdən təxminən 90 000 hərbçi iştirak edəcək. "Steadfast Defender 2024" "Soyuq Müharibə" bitdikdən sonra hərbi ittifaqın ən böyük təlimi sayılır.

Təlimlərlə bağlı bəyan edilmiş məqsədlər arasında Şimali Atlantika Alyansının müdafiə qabiliyyətinin gücləndirilməsi və xarici təhlükənin yaranacağı təqdirdə birgə fəaliyyətə hazırlığın nümayiş etdirilməsi də var.

Bir müddət öncə isə NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer məlum təlimlərin Rusiya ilə mümkün münaqişəyə hazırlıq xarakteri daşıdığını etiraf etmişdi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər