Azərbaycanla Özbəkistan iqtisadi sahədə müzakirələr aparacaq - FOTO

Azərbaycanla Özbəkistan iqtisadi sahədə müzakirələr aparacaq -  FOTO
01 May 2024 09:55

“Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

Nazir Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağını deyib.


Youtube kanalımız

Oxşar xəbərlər