Kolumbiyanın cənubundakı Narino bölgəsində güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.
News365.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib.
Qubernator Eskobar sürüşmənin 400-dən çox ailəyə təsir etdiyini qeyd edib. Bildirilib ki, yollar bağlanıb. 100 ailənin daşqın səbəbindən evsiz qaldığını bildirib.