Müğənni Hiss televiziya aparıcısı Mətanət Əliverdiyevanın efirində maraqlı açıqlaması ilə diqqət çəkib.
News365.az xəbər verir ki, veriliş zamanı aparıcı sənətçinin gözlərinin məşhur türk aktrisası Türkan Şoraya bənzədiyini bildirib. Bu sözlər studiyada maraqla qarşılanıb.
Hiss isə bu bənzətməni inkar etməyərək ona daha əvvəl də belə fikirlərin deyildiyini açıqlayıb:
"Hə, bu barədə mənə deyiblər. Gözlərimi Türkan Şoraya bənzədirlər".
Sənətçinin açıqlaması sosial şəbəkələrdə də maraq doğurub. İzləyicilər paylaşımın altında müxtəlif rəylər yazaraq bənzərliklə bağlı fikirlərini bölüşüblər.