Goranboyda iki "VAZ" toqquşdu - 14 yaşlı uşaq xəstəxanalıq oldu

Goranboyda iki "VAZ" toqquşdu - 14 yaşlı uşaq xəstəxanalıq oldu
13:29

Goranboyda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması zamanı maşınlardan birinin sərnişini, 2011-ci il təvəllüdlü Nurlan Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 

Yaralı yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma başlanılıb


Sizin reklam burada
Sizin reklam burada