ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb.
News365.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, departamentin qərarı sənədi imzalamaq üçün artıq Vaşinqtona gedən Argentina nümayəndə heyətini təəccübləndirib.
Departament qeyd edib ki, hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Mayli ilə bağlı korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil.