Naxçıvanda ağır qəza - 16 yaşlı qız öldü

Naxçıvanda ağır qəza - 16 yaşlı qız öldü
03 Sen 2025 14:32

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, Aza kəndi ərazisində “Hyundai” markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı Seyidzadə Fatimə Qasım qızını vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada