Ermənistan parlamenti 44 günlük müharibənin səbəblərini araşdıran komissiyanın məruzəsini spiker Alen Simonyana göndərib.
News365.az xəbər verir ki, erməni mediasında yayılan məlumat görə, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının yaydığı sənəddə qeyd olunur.
Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında Vətəndaş Sazişi Partiyası fraksiyasının təşəbbüsü ilə yaradılıb.